Azərbaycanda yanğınlardan ölən və yaralananların sayı artıb

Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər həlak olub.

ZaferTv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, il ərzində fövqəladə hadisələr nəticəsində  278 nəfər xəsarət alıb. Həmçinin nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyyə olunub. Ümumilikdə 2020-ci il ərzində respublika ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya 11 faiz azdır.

Məlumatda qeyd olunur ki, 2020-ci il  ərzində respublika ərazisində 176 təbii mənşəli hadisə qeydə alınıb və  1 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.

Həmçinin  ötən il ərzində respublikada 2118 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 49 nəfər ölüb, 119 nəfər xəsarət alıb. Bu da 2019-cu il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26 faiz, xəsarət alanlar üzrə 113 nəfər və ya 49 faiz azdır.

Statistikaya görə, ötən il respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu illə müqayisədə 9 hadisə və ya 11 faiz çoxdur.