Bakıda hava buludlu, küləkli olacaq

Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən ZaferTv.az-a verilən məlumata görə, fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Fevralın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.