DİM-də ilk dəfə “rus dili xarici dil kimi” imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) ilk “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ) imtahanı təşkil edilib.

DİM-dən  ZaferTv.az-a bildirilib ki, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahanın nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ – beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumat DİM-in saytında verilib.