DİN 4 rayonda əməliyyat keçirdi: qanunsuz silah-sursat götürüldü

Polis əməkdaşları tərəfindən 4 rayonda keçirilən əməliyyatlarla odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ZaferTv.az-a verilən xəbərə görə, Kəpəz Rayon polis  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Bundan başqa, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə kənd sakinləri T.Gözəlov və Q.Gözəlov saxlanılıb. Onlardan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd çöl quşu götürülüb.

Beyləqan rayonunun Şəfəq qəsəbə sakini N.Cabbarlıdan və İsmayıllı rayonunun Mücühəftəran kənd sakini E.Piriyevdən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support