İtaliyada mafiyaya qarşı əməliyyat: 20-dən çox saxlanan var

İtaliyanın Siciliya vilayətində mafiya mənsublarınq qarşı xüsusi əməliyyat keçirilib.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində “Koza Nostra” təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Saxlananlar arasında iki polis əməkdaşı, eləcə də hüquqşünas var.

Araşdırma nəticəsində məlum olub ki, mafiya rəhbərləri son iki il ərzində hüquqşünasın ofisində görüşlər keçirirmiş.

Həmçinin, saxlanan polis əməkdaşlarının həbsdə olan mafia başçılarına məlumat ötürdükləri müəyyən edilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support