Paşinyan Rusiyadakı səfiri dəyişməyi planlaşdırır

Ermənistan səfirlərinin siyasi təyinatları ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərin rəhbərlərini Lilit Makunts və Vladimir Karapetyanla əvəzləməklə məhdudlaşmayacaq.

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Düzdür, Makuntsa gəlincə, həm diplomatik, həm siyasi dairələr, həm də ABŞ-dakı erməni lobbi təşkilatları onun namizədliyinin əleyhinə çıxış etdilər və bu məsələnin necə həll ediləcəyi hələ bəlli deyil. Lakin Nikol Paşinyan “cib” kadrlarının təyin edilməsi prosesini davam etdirmək niyyətindədir”, – deyə nəşr yazır.

Qəzetin məlumatına görə, kadr dəyişikliyi prosesində növbədə Ermənistanın Rusiyadakı səfiri dayanır. Nəşrin mənbələrində kimin təyin ediləcəyi dəqiq göstərilməyib, lakin Paşinyanın Ermənistan səfirini siyasi fiqurla əvəzləməkdə qərarlı olduğu iddia edilir.

Ermənistan mətbuatında keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin oluna biləcəyi barədə məlumatlar yayılıb.

Ermənistan Xarici İşlər Nazirliyi isə səfirlərin təyin edilməsi və ya geri çağırılması ilə bağlı müvafiq prezident sərəncamı olmayana qədər bu məlumatları şərh etmədiklərini bildirib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support