Türkiyənin ixracı yanvarda tarixi maksimuma çatıb

2021-ci ilin yanvar ayında Türkiyənin ixracı illik ifadədə 2,5% artaraq 15,48 mlrd. ABŞ dollarına çatıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Nazirin sözlərinə görə, bu, Türkiyə tarixində yanvar ayı üzrə ən yüksək ixrac göstəricisidir. O əlavə edib ki, bu ilin yanvarında idxalın həcmi keçən ilin eyni ayına nisbətən 5,6% artaraq 18,1 mlrd. dolları üstələyib. Türk ixracının idxala nisbəti yanvar ayında keçən ilin analoji ayı ilə müqayisədə 6,5 pillə artaraq 83%-ə çatıb. Qızıl daxil olmamaq şərti ilə isə artım 87% təşkil edib.

R. Pekcan həmçinin bildirib ki, ölkənin yanvar ayında xarici ticarət kəsiri 3,75 mlrd. dollara bərabər olub, bu da 2020-ci ilin yanvar ayına nisbətən 32% azdır.

“Pandemiyanın ikinci dalğası, Türkiyənin ticarət tərəfdaşlarının tətbiq etdiyi məhdudiyyətlər, mal tədarükünün gecikməsi, logistika xərclərinin artması və dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik fonunda 2021-ci ilin yanvar ayında Türkiyə ixracının həcmini uğurlu adlandırmaq olar”, – deyə R. Pekcan qeyd edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support