Xəyanət cinayətə səbəb oldu – Məhkəmə zalındakıları “donduran” gizli eşq etirafı – FOTO

Gizli sevgi münasibəti cinayətə səbəb olub.

ZaferTv.az Milli.az-a istinadla bildirir ki, uşaqlıq dostunu qətlə yetirən Mustafa E.nin növbəti məhkəməsi baş tutub. Xəyanətə görə dostunu öldürən Mustafa E. növbəti dəfə hakim qarşısına çıxarılıb.

O, cinayəti etiraf edib, xəyanətə görə dostunu öldürdüyünü boynuna alıb.

Məhkəmədə qatilin həyat yoldaşı da ifadə verib. O, gizli eşq etirafı ilə məhkəmə zalındakıları təəccübləndirib. Qadın bildirib ki, ərinin uşaqlıq dostuyla gizli münasibəti olub. Hətta cinayətdən əvvəl ərinin yanında dostuna “kocişim” deyə xitab edib.

Onun məhkəməsi növbəti tarixə ertələnib.

Hadisə İstanbulun Bağcılar səmtində baş verib.