3 dəfə xərçəngə qalib gələn 17 yaşlı qız koronavirusdan öldü – FOTO

3 dəfə xərçəngə qalib gələn 17 yaşlı qız valideynlərinin gözləri qarşısında can verib.

ZaferTv.az Milli.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatında Kansas şəhər sakini 17 yaşlı Aspen Deke 3 dəfə xərçəng xəstəliyinə qalib gəlsə də, koronavirusa məğlub olub.

4 yaşındaykən leykemiya diaqnozu qoyulan Aspen Deke bu vaxta qədər sağ qalsa da, koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.

Kansas şəhər mərkəzi xəstəxanasına yüksək qızdırma və oksigen çatışmazlığı ilə çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.