Azərbaycanda poçt binasında yanğın olub – YENİLƏNİB – VİDEO

Tovuzda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən ZaferTv.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 800 kv.m olan (hər mərtəbəsi 400 kv.m) ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində sahəsi 24 kv.m olan otaqda 1 ədəd kondisioner, rəf və sənədlər qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Tovuz rayonunda poçt binasında yanğın baş verib.

ZaferTv.az 7news.az-a istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz Rayon Şöbəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisə kondisionerdən olub.