Bərdə xəstəxanasında ölüm

Ağdam sakinini Bərdədə avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ZaferTv.az-a verilən xəbərə görə, rayonun Cəyirli kəndi ərazisində Bərdə rayon sakini S.Ağalarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Z.Əliyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support