Dövlət Komitəsinin əməkdaşları təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

“Tərəqqi” medalı ilə

Əliyeva Kamila Ağadadaş qızı

Sadıqova Zülfiyyə İsa qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Alışanova Şölə Tofiq qızı

Haqverdiyeva Kəmalə Kamil qızı

Həsənov Zöhrab Məhyəddin oğlu

Məmmədov Seymur Qurban oğlu.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support