Ermənistan Qarabağ statistikasını açıqladı və rüsvay oldu

Ermənistanda müvəqqəti olaraq 20000 Qarabağ ermənisi yaşayır.

ZaferTv.az Axar.az -a istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib. O, bu şəxslərin hamısının müvəqqəti yaşayış məkanı ilə təmin edildiyini bildirib.

Qeyd edək ki, Ermənistandan Qarabağa indiyə qədər 53 minə yaxın erməni qayıdıb. Halbuki Ermənistan bundan öncə dəfələrlə Qarabağda 150 min erməninin yaşadığını və bunun 55 min nəfərinin Xankəndinin payına düşdüyünü bildirib. Azərbaycan tərəfi, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev isə II Qarabağ savaşı dönəmində etdiyi çıxışların birində işğal olunmuş ərazilərdə cəmi 65 min erməninin yaşadığını vurğulayıb.

Nəzərə alsaq ki, o 20 min Qarabağ ermənisinin böyük əksəriyyətini Laçın, Kəlbəcər və digər ərazilərdə 27 illik işğal zamanı süni surətdə məskunlaşdırılanlar təşkil edir, onda ümumi rəqəmin hazırda 65 mindən də az olduğu ortaya çıxır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support