Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Rusiya ilə sərhədlərin açılması bu axını daha da sürətləndirib.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutublar.

Mətbuatın yazdığına görə, ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

Analitiklər hesab edirlər ki, ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyət ilə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Əgər belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support