Koronavirusa yoluxanları gözləyən BÖYÜK TƏHLÜKƏ

Almaniyada aparılan araşdırmaların nəticələrinə görə, koronavirusu asimtomatik keçirən xəstələrin təxminən 60 faizində səssiz miyokardit aşkar edilib.

 ZaferTv.az xəbər verir ki, türkiyəli kardioloq, Prof. Dr. Özlem Esen koronovirusdan sonra qoyulan erkən diaqnozun problemin müalicəsində effektiv olduğunu bildirib. Həkimin sözlərinə görə, koronovirus ağciyərlər üzərində zədələnmələrə yol açan infeksiya olsa da, başqa orqanlara da zərər verir:

“Şiddətli COVID-19 səbəbiylə xəstəxanada yatan və xəstəliyi ayaqda keçirən insanların yaxşılaşma dönəminin 4-6 həftəsində edilən exokardioqrafiya analizi nəticəsində ürəkdə yaranan problemlərin dəqiq diaqnozunu təyin etmək mümkündür. Xüsusilə gənclərə idmana başlamazdan əvvəl ürək funksiyalarını müayinə etdirmək tövsiyə edilir.

COVID-19 infeksiyasından sonra sinədə ağrı, tənginəfəslik və ürək əzələsinin zədələnməsi həm də perikarditi aşkar etmək üçün exokardiyoqrafiya aparmaq çox vacibdir” , – professor qeyd edib. (publika.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support