Peyvəndləmə zamanı bu amil çox önəmlidir – ÜST

Peyvəndləmə zamanı təhlükəsizlik və mümkün yan təsirlərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması çox önəmlidir.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, hazırda COVID-19-a qarşı peyvəndin hazırlanması və tətbiqi virusla mübarizədə çox vacib vəzifəyə çevrilib. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, peyvəndlərin vurulmasına başlanılıb. P Bununla əlaqədar olaraq, yan təsirlərin müəyyənləşdirilməsi və qeydiyyatı üzərində nəzarəti gücləndirmək üçün ÜST farmakonəzarətlə bağlı ölkələrarası təlim təşkil edib və təlimdən sonrakı imtahanda Azərbaycan təmsilçiləri iştirakçı ölkələr arasında ən yüksək nəticə əldə edib.

H.Harmancı qeyd edib ki, peyvənd və ya dərmanların klinik sınaqlarda təhlükəsiz olduğu sübut edildikdən sonra onların real həyat şəraitində də təhlükəsiz və təsirli olmağa davam etdiyini izləmək çox vacibdir.

Farmakonəzarətin məhz bunu həyata keçirdiyini söyləyən ÜST-nin nümayəndəsi əlavə edib ki, buna görə də farmakonəzarət sahəsində çalışan tibb işçilərinin biliklərinin mütəmadi olaraq yenilənməsi çox önəmlidir.

Qeyd edək ki, azərbaycanlı həkimlər ÜST-nin “Səhiyyə sistemində ölkələrarası dərmanlara, COVID-19 və digər peyvəndlərə effektiv nəzarət və monitorinqin gücləndirilməsi” mövzusunda sertifikatlaşdırma proqramında iştirak edib.

7-11 dekabr 2020-ci il tarixdə 9 azərbaycanlı həkim onlayn formada baş tutmuş təlimi başa vuraraq imtahanlardan uğurla keçib və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını əldə edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support