Tərtər sakinindən ov tüfəngi götürüldü

Tərtər sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ZaferTv.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaradağlı kənd sakini İ.Abdullayevdə qanunsuz “TOZ-B” markalı ov tüfəngi aşkar edilib.