Xankəndidən çıxarılan “hərbi komplekslər” kimindir?

Təəccüblü heç nə yoxdur. 10 noyabr tarixli Bəyanatın müvafiq bəndinə əsasən Ermənistan işğalçı qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır.

ZaferTv.az KONKRET.az-a istinadən deyirki, bu sozləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlərini Xankəndidən çıxararaq Gorus şəhərinə aparması haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Xankəndidən çıxarılan hava hücumundan müdafiə sistemləri Ermənistana məxsus deyil:

“Çünki Azərbaycan Ordusu 44 günlük müharibə zamanı düşmənin Hava Hücumundan Müdafiə Sistemini tam darmadağın edib. Çox güman, qeyd olunan texnika keçmiş “dqr”in istifadə edilməyən, ya da müharibədən sonra hansısa yolla əldə etdiyi texnikadır.

Bütün hallarda fakt təsdiqlənərsə, bu, rus sülhməramlılarının məsuliyyət zonasından qanunsuz erməni hərbi texnikasının çıxarılması deməkdir. Əslində buna məcburdurlar. 10 noyabr Bəyanatına görə, Azərbaycan ərazisində heç bir kənar ordu, ya da hərbi birləşmə qala bilməz”.

Polkovnik onu da qeyd edib ki, Bəyanatın məlum bəndinin – Azərbaycan ərazisindən erməni hərbçilərin çıxarılmasının icrası tədricən baş verir və davam edəcək:

“Bildiyiniz kimi, Azərbaycan 10 noyabr Bəyanatından sonra ərazisində qalan erməni silahlılarını terrorçu elan edib. Ona görə də bu qanundankənar birliklərin yaza qədər ərazidən çıxarılmasını müşahidə edəcəyik”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support