“10-11-ci sinif şagirdləri bütün dərslərini, hələ ki, virtual formada keçəcəklər” – Təhsil Nazirliyi
Bakı, Sumqayıt və Abşeronda 5-9-cu sinif şagirdləri həftədə iki dəfə məktəbə gələcəklər, qalan dərslərini isə virtual formada keçəcəklər.
ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, 10-11-ci sinif şagirdləri bütün dərslərini hələ ki, virtual formada davam etdirəcəklər.