“Ambulator müalicə üzrə dərmanlar da sığorta zərfinə daxil edilə bilər” – Agentlik sədri

İcbari tibbi sığortanın əhatə olunduğu ərazilərdə ilk ildə ambulator xidmət üçün dərman təchizatı nəzərdə tutulmayıb.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda stasionar və təcili yardım xidmətləri üzrə bütün dərmanlarla təchizat təmin edilir: “Ambulator yardım üzrə isə ilk ildə dərman təminatı nəzərdə tutulmayıb. Amma daha sonra dərman təminatının da xidmətlər zərfinə əlavə edilməsi planlaşdırılır”.