Ayrılacağını qətiləşdirdi

“Roma”nın hücumçusu Edin Dzeko mövsümün sonunda İtaliya klubunu tərk edəcək.

ZaferTv.az apasport.az-a istinadən bildirir ki, 34 yaşlı forvard özünü başqa çempionatda sınamaq niyyətindədir.

Baş məşqçi Paulo Fonseka ilə mübahisəyə görə bir müddət komandadan ayrı məşq edən Bosniya və Herseqovina millisinin üzvü artıq kollektivə qoşulub. Çalışdırıcı ilə arasındakı problemlər də həllini tapıb. Ancaq Dzeko yayda “canavarlar”la vidalaşacağını rəhbərliyə çatdırıb. A seriyası təmsilçisi müqavilə müddəti gələn ilin yayına qədər olan forvardı satışa çıxaracaq.

Qeyd edək ki, Edin Dzeko 2015-ci ildən “Roma”nın formasını geyinir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support