Azərbaycan və İSESKO. Yeni əməkdaşlıq perspektivləri – “Azernews” qəzeti

“Azernews” qəzetində dərc olunan “Azərbaycan və İSESKO. Yeni əməkdaşlıq perspektivləri” məqaləsində son illər ərzində Azərbaycan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında ümumi dəyərlərə əsaslanan möhkəm əlaqələrin inkişafından bəhs edilib.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, məqalədə tərəflər arasında təhsil, mədəniyyət və elm sahələrində uğurla əməkdaşlıqdan bəhs edilir. Xüsusilə də İSESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinin bu istiqamətdə mühüm addım olduğu vurğulanır. Təşkilatın Ermənistanın təcavüzü nəticəsində dağıdılmış abidələrin bərpasında Azərbaycana kömək edəcəyi bildirilir.

Qeyd olunur ki, ISESCO ilə Azərbaycan Təhsil Nazirliyi arasındadə təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir və təşkilat ölkəmizlə bağlı çoxsaylı layihələrdə maraqlı olduğunu bəyan etmişdir.

ISESCO həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə gələcək əməkdaşlıq planlarını müzakirə etmişdir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support