Bakıda 80-ə yaxın avtobus sürücüsü cəzalandırılıb

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sərnişindaşımada tələbləri pozan sürücülərlə bağlı məlumat yayıb.

ZaferTv.az bildirir ki, idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, bu il yanvarın 1-dən bu vaxta qədər taksi fəaliyyəti ilə məşğul olan 100-dən artıq sürücü sərnişindaşıma tələblərini pozduğu üçün məsuliyyətə cəlb edilib:

“Həmçinin, 80-ə yaxın avtobus sürücüsü də qanunvericiliyin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tədbirləri görülüb. hazırda bu istiqamətdə yol polisi əməkdaşları nəzarət profilaktik tədbirlərini davam etdirir. Sərnişinlərin həyatına təhlükə yaradan və qanunvericiliyin tələblərini pozan sürücülər barədə tədbirlərin görülməsi davam etdirilir”.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.