Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana dəstək fəaliyyətini davam etdirir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanın 2020-ci ildə üzləşdiyi çətinliklərlə əlaqədar dəstək fəaliyyətini genişləndirməkdə davam edir.

ZaferTv.az bu barədə təşkilata istinadən məlumat verir.

Məlumata əsasən, 2020-ci ildə BQXK-nin Bakı və Bərdədəki ofisləri Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş sakinlərə humanitar yardımı davam etdirib.

Ötən il COVID-19 pandemiyası və İkinci Qarabağ müharibəsi nəticəsində BQXK Azərbaycanda il ərzində nəzərdə tutulmuş fəaliyyətini təkrar nəzərdən keçirməli və mövcud vəziyyətə uyğunlaşdırmalı olub.

Təşkilatdan onu da bildiriblər ki, hazırda Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti ilə tələbatların dəyərləndirilməsi üçün sıx əməkdaşlıq qurulub.