Bu il Azərbaycanda bal istehsalını 7 min tona çatdırmaq planlaşdırılır

Ötən il Azərbaycanda 6 min tona yaxın bal istehsal olunub.

ZaferTv.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə arı ailəsinin sayında da artım qeydə alınıb. Belə ki, bu say artıq 500 mini ötüb:

“Ötən il pandemiya olmasına baxmayaraq, bal istehsalında geriləmə qeydə alınıb. Əksinə daha səmərəli şəkildə işləyib istehsal gücümüzü artırmaq istiqamətində işlər görümüşük. Artıq bu ilin də bal mövsümü demək olar ki, başlayıb. Arıçılar pətək və çərçivələr hazırlayır, arıların da aktiv dövrü başlayıb. Bu il yeni metodlar tətbiq etməklə bal istehsalını artırmaq niyyətindəyik. Ümid edirik ki, 2021-ci il 2020-dən daha düşərli olacaq, əlbəttə hava şəraiti də əlverişli keçərsə, bal istehsalını 7 min tona çatıdırmağı planlaşdırırıq”.

B.Həsrətov əlavə edib ki, ölkədə bala olan təlabat 5 min tona yaxındır və yerli istehsal bu tələbatı ödəyir.