Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü açıqlanıb

2020-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri 47 milyon dollar, əsaslı xərclər isə 13 milyon dollar təşkil edib.

ZaferTv.az  Trend-ə istinadən bildirir ki, 2019-cu ildə bu göstəricilər 48 milyon dollar və 34 milyon dollara bərabər olub.

2020-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olub. 2019-cu ildə bu rəqəm 29 milyon kubmetrə bərabər olub

Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır,

“Cənubi Qafqaz boru kəməri” şirkətinin səhmdarları: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).