“Ciddi islahatlara ehtiyac var”

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin uzun müddətli, dayanıqlı sosial istisadi inkişaf xəttinə çıxması üçün faktiki olaraq baza sənədi kimi əsas götürülür.

Bunu ZaferTv.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Prezidentin təsdiq etdiyi bu sənəddə konkret olaraq inkişafın əsas baza istiqamətləri müəyyən edilib:

“Bu sənədin struktur təhlili onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı, bütövlükdə ölkəmizdə sosial iqtisadi inkişafla bağlı əsas götürülən 5 hədəf üzrə dayanıqlı və eyni zamanda qabaqlayıcı inkişaf təmin olunmalıdır. Bu məqsədlər çərçivəsində ilk qeyd olunan hədəf dayanıqlı artım dinamikasının ölkə iqtisadiyyatında nümayiş etdirilməsindən ibarətdir. Təkrar istehsalın bütün komponentləri üzrə milli iqtisadiyatımızın potensialı, ölkəmizin coğrafi yerləşməsi ona şərait yaradır ki, yaxın illər ərzində milli iqtisadiyatımız davamlı olaraq dayanıqlı şəkildə artan xətt üzrə inkişaf etsin. Ölkə Prezidentinin təsdiq etdiyi bu sənəddə konkret olaraq bu inkişafın əsas baza istiqamətləri müəyyən edilib. Nəzərə almaq lazımdır ki, bu sənədin növbəti hədəfi kimi məhz sosial ədalət prinsipləri üzərində ölkəmizin sosial statusa malik olan dövlət kimi mövqeləşməi məsələsi çıxış edir ki, son illər bu istiqamətdə aparılan tədbirlərin daha da dərinləşməsi bu hədəfin də reallaşması üçün tam şəkildə imkanlar açmaqdadır.

Bununla yanaşı, şübhəsiz ki, bu sənəddə yer alan ən mühüm istiqamət və hədəflərdən biri məhz böyük qayıdışla bağlıdır. İşğaldan azad olunan Azərbaycan ərazilərinə qayıdış, şübhəsiz ki, Azərbaycanın uzun müddətli sosial iqtisadi inkişafı nöqteyi nəzərdən prooritet hədəf kimi götürülmlədir”. 

E.Məmmədov deyib ki, bu sənəddə öz əksini tapan məsələlər olduqca mühümdür:

“Dördüncü istiqamət kimi bu sənəddə biz insan kapitalı ilə, innovativ iqtisadiyyatla bağlı olan məsələlərin ön planda olmasını qeyd etməliyik. Qeyd etmək lazımdır ki, bugünkü gün dünya iqtisadiyyatında əsas iqtisadi inkişaf bazası kimi məhz innovasiyalar, elmi-texniki tərəqqinin iqtisadiyyatda tətbiqi və insan kapitalının inkişafı çıxış edir. Bu nöqteyi nəzərdən qeyd olunan sənəddə bu məsələlərin öz əksini tapması, şübhəsiz ki, olduqca mühümdür. Və nəhayət, bütün bu inkişaf istiqamətləri ətraf mühitin qorunması yoluyla ekoloji mühitin lazım olan səviyyədə inkişaf etdirilməsi ilə müşahidə edilməli idi ki, bu da müvafiq qaydada həmin sənəddə bir hədəf kimi nəzərdə tutulub.

Bütün bu hədəflərə nail olmaq üçün, şübhəsiz ki, struktur islahatların reallaşdırılmasına böyük ehtiyac var və artıq son illərdə ölkədə bu istiqamətdə müəyyən işlər görülmüş, yeni inkişaf institutları yaradılmış və şübhəsiz ki, bu sənədin qəbul olunması ilə biz bu islahatlara yeni təkanın verilməsinin şahidi olmalıyıq. Nəticə olaraq 2030-cu ildə Azərbaycanın yüksək texnoloji innovativ tutumlu iqtisadiyyatına malik olan ölkə kimi mövqeləşməsi, ölkənin əhalisinin sosial müdafiəsinin daha da artan xətt üzrə təmin olunması, ölkə əhalisinin gəlirlərinin dayanıqlı şəkildə artırılması məsələsi öz əksini tapmalıdır ki, bütün bu hədəflərin reallaşdırılması bütövlükdə milli iqtisadiyatımızın həm dayanıqlı, həm qabaqlayıcı inkişafına xidmət göstərməli və eyni zamanda sosial amil də, şübhəsiz ki, idarəetmənin əsas anaxəttlərindən biri kimi çıxış etməlidir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support