Daha iki rayona polis rəisi təyin edildi

Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support