Dünya İqtisadi Forumu təxirə salındı

Sinqapur hökuməti may ayında ölkədə keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun təxirə salındığını bəyan edib.

TASS xəbər verir ki, tədbir 17-20 avqustda təşkil olunacaq.

“Tədbirin təşkilatçıları forumun təxirə salınması ilə bağlı Sinqapur hökumətinə müraciət ediblər. Bu qərar ölkədə və dünyada koronavirusla bağlı vəziyyətin hələ də normallaşmadığı üçün verilib”, – deyə Sinqapur Ticarət və Sənaye Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun əvvəlcə 13-16, sonra isə 25-28 mayda keçiriləcəyi bildirilirdi.