Ermənistan ordusunun polkovniki saxlanıldı – Rüşvət alıb əsgərləri arxa cəbhəyə keçirirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.

Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.

Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.

Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support