Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 583 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 260 480, ölənlərin sayı isə 3 240 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 251 748 nəfərin sağaldığı bildirilir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support