Qarabağda su təsərrüfatı komplekslərinin bərpası necə həyata keçiriləcək? – Plan hazırdır

Azad olunmuş ərazilərdə su təsərrüfatı komplekslərinin bərpası və inkişafı üzrə tədbirlər planı hazırlanıb.

ZaferTv.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov deyib. Onun sözlərinə görə, tədbirlər planı artıq hökumətə təqdim olunub:

“Erməni təcavüzü nəticəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir çox obyektlərinə ziyan dəyib. Bu obyektlərin əksəriyyəti münaqişə zamanı, digəri isə işğal vaxtında lazımı texniki xidmət göstərilmədiyi üçün yararsız vəziyyətə salınıb. Bununla bağlı hazırda su təsərrüfatı komplekslərinin bərpası və inkişafı üzrə tədbirlər planı hazırlamışıq. Sənəd artıq hökümətə də təqdim olub. Tədbirlər planı su təsərrüfatı komplekslərinin inkişafı, innovativ texnologiyaların tətbiqi, su təsərrüfatı komplekslərin bərpası və eyni zamanda müasir səviyyədə bərpa olunaraq tətbiq edilməsi ilə bağlıdır”.

F. Nəsirov qeyd edib ki, tədbirlər planında əsas məqsəd uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan kənd təsərrüfatı torpaqlarında şəraitin yaxşılaşdırılmasıdır:

“İlkin mərhələdə meliorasiya və su təsərrüfatı obyektlərinin təmir bərpası və iş rejiminindir. Sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır. Nəticədə biz Suqovuşan hidroqovşağının və ondan su götürən Tərtər çayı sağ və sol sahil, eləcə də Xanarx kanallarının təmir bərpası və yenidən qurulurması ilə işğaldan azad olunmuş ərazilərin, eyni zamanda ətraf rayonlar Goranboy, Yevlax, Bərdə, Ağcabədi rayonlarının, ümumilikdə, 96 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşacaq”.
ASC-nin nümayəndəsi əlavə edib ki, eryni zamanda İran İslam respublikası ilə birgə istifadə olunacaq su anbarı, Araz çayı üzərində yerləşən və su tutumu 1 milyard 600 m3 olan Xudafərin su anbarından da yığılan suların hesabına demək olar respublikada Araz boyu rayonlarda təqribən 252 min hektar əkin sahəsinin suvarsa suyu ilə təminatı yaxşılaşacaq.

Xatırladaq ki, Ermnəistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın meliorasiya və su təsərrüfatının fonduna külli miqdarda ziyan dəyib. Səhmdar cəmiyyətinin işğal altında 125 min 800 hektar suvarılan torpaq sahəsi qalmışdı. Həmin əraziləri suvarma ilə təmin edən 6 426 kilomert suvarma kanallarımız, 1 429 subartezian quyusu, 9 su anbarı, 7 sututarı, 88 nasos stansiyası, 7 mindən çox hidrotexniki qurğu və sairə sutəsərrüfatı obyektləri işğal altında qalmışdı.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support