Şəhidin atası vəfat etdi

Lənkəran rayonu Gəgiran kəndindən olan şəhid Qalib Nuruzadənin atası Habil Nuriyev dünyasını dəyişib.

ZaferTv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H. Nuriyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin atası yutub kanalında verilişdə çıxış edib. O, şəhid oğlunu çətinliklərlə daxmada böyütdüyünü bildirmişdi.

H. Nuriyevin vəfat etdiyini kəndin icra nümayəndəsi Şamil Mirzəyev də təsdiqləyib.

Xatırladaq ki, Q. Nuruzadə Vətən Müharibəsində şəhid olub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support