Şuşa döyüşlərində şəhid olan DİN-in əsgəri Nəzir Osmanov – FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Osmanov Nəzir Rahib oğlu Vətən müharibəsi şəhidlərindəndir.

Nazirlikdən  ZaferTv.az-a verilən məlumata görə, N.Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub.

O, oktyabrın 31-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.