Təcili yardıma müraciətlərin sayı 82 faiz artıb

Təcili Tibbi Yardım Stansiyalarına müraciətlərin sayı 2019-cu illə müqayisədə 2020-ci ildə 82 faiz artıb.

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2020-ci ildə 1252 sayda ürək-damar cərrahiyyəsi həyata keçirilib: “Uşaqlar üzərində bu əməliyyatlar 68 nəfərdə aparılıb”.

Onun sözlərinə görə, Tibbi ərazi bölmələri üzrə ən çox müraciət Şəki-Zaqatala bölgəsi üzrə olub. Z.Əliyev qeyd edib ki, 2021- ci il üzrə xəstəxanaların sayı üzrə dərman vasitələrinin çeşidinin genişləndirilməsi nəzərdə tutulur.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support