“Teymur Əhmədov” quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur

“Teymur Əhmədov” quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur.

Bu barədə ZaferTv.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildiriblər.

Qeyd olunub ki, ASCO ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support