Yevlaxda ailə quran gənc niyə məhkum edildi? – Təfərrüat

Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1996-cı il təvəllüdlü İdris Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ZaferTv.az teleqraf.com-a istinadən bildirir ki, İdris Rəcəbov özündən on yaş kiçik olan 2004-cü il təvəllüdlü Səbinə İsmayılova (ad və soyad şərti verilib – red.) ilə 2019-cu il 16 yaşına çatmadığını bildiyi halda onunla evlənərək faktiki nikah münasibətlərinə girib.

İdris Rəcəbov 2019-cu il dekabrın 10-dək olan müddətdə Yevlax rayonu Əkşəm kəndindəki evində Səbinə İsmayılova ilə ər-arvad kimi yaşayıb. Bu nikahdan 2019-cu il dekabrın 16-da Səbinə İsmayılova 16-17 həftəlik hamilə qalıb.

İstintaq orqanı tərəfindən İdris Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İdris Rəcəbov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Səbinə İsmayılovanın atası ilə onun atası arasında dostluq münasibətləri olub: “Atam 2010-cu ildə vəfat etdikdən sonra da biz Səbinəgillə əlaqəni kəsmədik və bir-birimizin evinə gediş-gəlişlərimiz oldu. Təxminən bir il bundan öncə Səbinə ilə aramızda sevgi münasibətləri yarandı. 2019-cu ilin mart ayında anamgil Səbinəgilə elçi getdi. Səbinəni atası qızının mənimlə ailə həyatı qurmasına icazə verdi, nişan mərasimləri oldu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yaşadığı evin həyətində toy mərasimi keçirilib: “Toy axşamı Səbinə ilə könüllü razılığı əsasında cinsi əlaqədə olduq. Səbinə mənimlə ailə həyatı quran zaman 16 yaşına çatmadığından xəbərim olub. Ər-arvad münasibətində olmağıma baxmayaraq aramızda rəsmi nikah yoxdur. Səbinənin anası rəhmətə getdiyi üçün atası ilə tək qalırdı. Bu səbəbdən atası qızının bu yaşda mənimlə evlənməyə razılıq verdi. Təxminən iki ay olardı ki, Səbinə hamilə idi”.

İdris Rəcəbov qeyd edib ki, son vaxtlar arvadı Səbinə hamiləliklə bağlı narahatçılıq keçirtdiyi üçün Yevlax şəhər mərkəzi xəstəxanasına aparıblar: “Orada həkimlər Səbinəni müayinə etdikdən sonra 3 aylıq hamilə olduğunu bildirdilər”.https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-8852296322696464&output=html&h=250&slotname=7077028033&adk=3442416450&adf=1732434104&pi=t.ma~as.7077028033&w=300&fwrn=7&psa=1&format=300×250&url=https%3A%2F%2Fnews.milli.az%2Fsociety%2F919676.html&flash=0&hl=en&wgl=1&uach=WyJBbmRyb2lkIiwiMTAiLCIiLCJSZWRtaSBOb3RlIDgiLCI4OC4wLjQzMjQuMTQxIixbXV0.&dt=1612467852103&bpp=58&bdt=556&idt=770&shv=r20210202&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D6a95342e425af7cb%3AT%3D1612467836%3AS%3DALNI_MYOR5HE1KAWqJoU0hbXMvgBtpdnJw&correlator=188478922617&frm=20&pv=2&ga_vid=666648398.1612410334&ga_sid=1612467234&ga_hid=340170038&ga_fc=1&u_tz=240&u_his=17&u_java=0&u_h=851&u_w=393&u_ah=851&u_aw=393&u_cd=24&u_nplug=0&u_nmime=0&adx=27&ady=2219&biw=393&bih=719&scr_x=0&scr_y=0&eid=42530672%2C44736376%2C21066922%2C21068769%2C21068893%2C44734254%2C21066819%2C21066973&oid=3&pvsid=488462647027422&pem=164&ref=https%3A%2F%2Fnews.milli.az%2F&rx=0&eae=0&fc=896&brdim=0%2C0%2C0%2C0%2C393%2C0%2C393%2C719%2C393%2C719&vis=1&rsz=%7C%7CoeEbr%7C&abl=CS&pfx=0&fu=8192&bc=31&ifi=10&uci=a!a&btvi=1&fsb=1&xpc=SywGfxaYrn&p=https%3A//news.milli.az&dtd=809

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş Səbinə İsmayılova bildirib ki, əri İdris Rəcəbovdan şikayəti yoxdur.

Yevlax rayon Məhkəməsinin hökmü ilə İdris Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona sinaq müddəti təyin olunmaqla 1 il şərti cəza verilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support