Yük avtomobili qaz xəttinin üzərinə aşdı: kənd qazsız qaldı – FOTO

Sabirabadda yük avtomobili qaz xəttinin üzərinə aşıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Xankeçən kəndində qeydə alınıb.

60 ton qarğıdalı toxumu ilə yüklənmiş “MAN” markalı, 99 XB 360 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili sərt döngədə aşıb.

Nəticədə kəndə gedən qaz xətti zədələnib və avtomobildə olan yük yerə dağılıb. Sözügedən əraziyə təbii qazın verilişi dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support