Zaqatala sakinlərindən odlu silahlar götürüldü – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində bir neçə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Şəki regional qrupundan ZaferTv.az-a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.