Əməkdar məşqçi Səyavuş Aslanın oğluna sahib çıxdı

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz evsiz qalıb və küçələrdə yatır.

ZaferTv.az axşam.az-a istinadən xəbər verir ki, “Elgizlə izlə” proqramı spirtli içki aludəçisi olan Çingizi xəstəxanaya yerləşdirib. 21 gün müalicə aldıqdan sonra o, yenidən əvvəlki həyatına qayıdıb. O, yenidən proqrama gələrək küçələrdə yatdığını söyləyib.

Verilişə zəng edən və adının açıqlanmasını istəməyən Əməkdar məşqçi Çingizə sahib çıxıb. O bildirib ki, onu işlə və qalacaq yerlə təmin edəcək.

“Bizim böyük idman mərkəzimiz var, ora yerləşdirmək istəyirik. Həm ora nəzarət etsin, həm də yemək verək” deyə, həmin şəxs söyləyib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support