ABŞ-ın hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.

Məlumatda qeyd olunub ki, səfərin məqsədi ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, “Donald Kuk” hərbi gəmisi idarəolunan raketlər daşıyır. Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində Gürcüstanın ərazi sularından ayrılacağı bildirilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support