Alimdən SENSASİON PROQNOZ: Beş ildən sonra çiplər…

Rusiyalı alimlər hesab edir ki, 5-10 il ərzində bədənə implantasiya edilmiş çiplərlə aparılan neyrofizioloji müalicə metodları adi həblərlə rəqabətə girəcək. Neyroprotezləşdirmə mütəxəssislərinin fikrincə, hətta beynin “düzəldilməsinə” imkan verəcək.

ZaferTv az xəbər verir ki, Skolteç professoru Mixail Lebedev bu barədə danışıb.”İnanıram ki, tezliklə farmakologiya ilə bu cür neyrofizioloji müalicələr arasında bir rəqabət başlayacaq. Bir həb əvəzinə, bəzi problemlər üçün nazik çiplər alacaqsınız və sadəcə beyinə deyil, hər hansı bir orqana implantasiya edilə bilər. Bunun 5-10 ildən sonra olacağını düşünürəm. Burada heç bir çıxılmaz vəziyyət olmayacaq, hətta təxmin belə edə bilməyəcəyimiz irəliləyiş olacaq”, – ekspert bildirib.Onun sözlərinə görə, neyroprotezləşdirmə onurğa beyni kimi ciddi xəsarət alan xəstələrin sağalmasına kömək edəcək. (publika.az)