Azərbaycanın xarici ölkələrə xurma ixracı azalıb – SƏBƏB

Ötən il Azərbaycanın xarici ölkələrə xurma ixracatında xeyli geriləmə baş verib.

ZaferTv.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qadir Yusifov deyib. Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə 125 min 700 ton xurma ixrac edib ki, bu da 2019-cu ilə nisbətən xeyli azdır.”İxracın həcmi 2019-cu ilə nisbətən təxminən 14,3 faiz azalıb. Ötən il ixrac gücü 91 milyon 586 min dollar təşkil edib ki, bu da ondan əvvəlki ildən 13 milyon 6 min dollar azdır”.Q.Yusifov qeyd edib ki, Azərbaycan xurmanı daha çox Ukrayna və Rusiyaya ixrac edir:”Ötən il bu ölkələrin iqtisadiyyatları xeyli zəiflədi və nəticədə Azərbaycan xurmasının bu ölkələrə ixracatı demək olar ki, dayandırıldı.”Assosiasiya rəhbəri əlavə edib ki, onlar bu il Azərbaycanın xurma ixracı üçün yeni ölkələrin axtarışında olacaqlar.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.