Azad olunmuş ərazilərdə yeni subartezian quyular istifadəyə verildi

ZaferTv.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq sözügedən ərazilərdə iki subartezian quyusundan istifadə edilir:

“Başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər ordumuz 44 günlük müharibədən sonra işğal altında olan torpaqlarımızı azad etdi. Torpaqlarımız geri qaytarıldıqdan sonra digər qurumlar kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC də həmin yerlərdə fəaliyyətə başlayıb.

Artıq iki ədəd subartezian quyusu bərpa edilərək istismara verilib. Onlardan biri Cəbrayıl rayonunun Daşkəsən kəndində, digəri isə Ağdam rayonunun Əhmədabad kəndindədir. Hazırda bu subartezian quyuları hərbçilərimizin su təminatını yerinə yetirir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support