Bakı sakini qonşusunu bıçaqladı

Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, hadisə Aşıq Qərib küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Həsən Sərxan oğlu qonşusu ilə əlbəyaxa dava zamanı qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.