Bakıda maşın parka girərək aşdı – FOTO

Bakı şəhəri Yasamal rayonu ərazisində səhər saatlarında yol qəzası baş verib.

ZaferTv.az baku.ws-ə istinadən bildirir ki, hadisə “Statistika dairəsi” adlanan ərazinin yaxınlığında baş verib.

BMW markalı avtomobil sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə, maşın yaxınlıqda yerləşən “Müşfiq parkı”na girərək aşıb.