Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi parkının yaradılacağı elan olunub.

ZaferTv.az Trend-ə istinadən xəbər verir ki, layihənin təxminən 43 milyard dollar dəyərində olacağı bildirilib.

Külək enerjisi parkı paytaxt Seuldan 400 kilometr cənub-qərbdə, Sinan şəhərinin sahilində inşa olunacaq. 2029-cu ilədək 8,2 giqavatt gücündə elektrik enerjisi istehsal edəcək obyektin inşası planlaşdırılır.

Külək enerjisi parkının tikintisi prosesində 120 min yeni iş yeri yaradılacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support