Co Bayden Myanmada hərbçilərə çağırış etdi

Myanma hərbçiləri hakimiyyəti tərk etməli, ölkənin liderlərini və tutduqları vətəndaş cəmiyyəti nümayəndələrini sərbəst buraxmalıdırlar.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentində ölkənin xarici siyasətinin əsas istiqamətləri barədə çıxış edən prezident Co Bayden bildirib.

“Myanma hərbçiləri ələ keçirdikləri hakimiyyəti tərk etməli, həbs etdikləri fəalları, vəkilləri və vəzifəli şəxsləri sərbəst buraxmalı, telekommunikasiyadakı məhdudiyyətləri ləğv etməli və zorakılıqdan çəkinməlidirlər. Əvvəl də dediyim kimi, demokratiya və qanunun aliliyini qorumaq və cavabdeh şəxslərə qarşı tədbirlər görmək üçün tərəfdaşlarımızla birgə işlər görəcəyik”, – Bayden belə deyib.

Onun sözlərinə görə, son bir neçə gündə Myanmadakı vəziyyəti ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə yanaşı, Respublikaçılar azlığının Senatdakı lideri Mitç Makkonnell ilə müzakirə edib. Amerikalı lider qeyd edib ki, onun həmsöhbətləri hakimiyyətin ələ keçirilməsinin və qanuni şəkildə baş tutan seçkilərin nəticələrinə yenidən baxılmasına cəhd edilməsinin qəbuledilməz olduğuna dair yekdil fikrə gəliblər.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support