Göygöldə yanğın: xəsarət alan var

Göygöl rayonunda yanğın baş verib.

ZaferTv.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Balçılı kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb