Hərbçi yoldaşlarımın yanına qayıtmağı arzulayıram – YAŞAT Fondunun nəzarətə götürdüyü qazi

Son günlər müalicəmdə müsbət nəticələr var, tezliklə ayağa qalxıb hərbçi yoldaşlarımın yanına yallanmağı arzulayıram.

ZaferTv.az bildirir ki, bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz Yusif Ağaməmmədov deyib.

Hərbçimizin sözlərinə görə, o Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb:

“Aprel döyüşlərində də iştirak etmişəm və Lələtəpəni azad etdikdən sonra orada xidmət göstərirdim. Füzulinin azad olunmasında yaralandım və hazırda onurğamda fəsadlar var. Sağ olsun həkimlər, məni sağaltmaları üçün əllərindən gələni edirlər və müsbət nəticələr var”.